Ərdoğanın mühafizəçisi şəhid oldu - FOTOLAR
Bizi izləyin

Dünya

Ərdoğanın mühafizəçisi şəhid oldu - FOTOLAR

Martın 31-də Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində şəhid olan 7 polisdən biri prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçisi olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 48 yaşlı Necdət Alıcı Ərdoğanın baş nazir olduğu dövrdə onun mühafizəçisi vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, bomba yüklü avtomobillə həyata keçirilən hücum nəticəsində 7 polis həyatını itirib, 13 polis və 14 mülki vətəndaş olmaqla 27 nəfər yaralanıb. PKK-nın silahlı qanadı HPG terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm