Terrorçular Fransada ikinci hücum da planlaşdırıb
Bizi izləyin

Dünya

Terrorçular Fransada ikinci hücum da planlaşdırıb

Noyabrda baş vermiş Paris hücumları ilə əlaqli terror şəbəkəsi Fransada ikinci hücum da həyata keçirməyi planlaşdırıb. Lakin sonrada planə dəyişərək Brüsseli hədəfə alıblar.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belçika prokurorları aşıqlama yayıb.

Brüsseldə hava limanına və metro dayanacağına hücum zamanı 32 nəfər həlak olub. Bu hücum 4 aylıq axtarışdan sonra Paris hücumlarının şübhəlisi Salah Abdeslamın şəhərin Molenbeek ərazisində ələ keçirilməsindən bir neçə gün sonra həyata keçirilib.

Prokurorlar bildirib ki, şəbəkə istintaqın sürətində təəccüblənərək, təcili plan dəyişib və hücumu Brüsseldə həyata keçirib.

22 mart hücumlarından sonra Abdeslamın həbsinin şəbəkələni hərəkətə gətirəcəyi ilə bağlı şayiələr yayılmağa başlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm