Dünya
Merkel və Donald Tusk Türkiyədə qaçqın düşərgəsinə baş çəkiblər
Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans Türkiyənin Baş naziri Əhməd Davudoğlunun müşayiəti ilə ölkənin cənub-şərqindəki Qaziyantəp vilayətində yerləşən “Nizip-2” qaçqın düşərgəsinə baş çəkiblər.
Avropa İttifaqı Türkiyədə qaçqınlar üçün layihələrə 6 milyard avro ayırmağa hazırlaşır və bu, A.Merkel, D.Tusk və F.Timmermansın Türkiyəyə səfərinin əsas müzakirə mövzusu olub.
A.Merkel və Ə.Davudoğlu suriyalı uşaqların bir qrupu ilə söhbət edib, sonra düşərgəni gəziblər. Daha sonra Almaniya kansleri və Aİ-nin rəhbərləri düşərgənin ərazisində ailə mərkəzinin açılışında iştirak ediblər.
Qaçqınlar üçün düşərgə 2013-cü ildə açılıb. Burada 4818 suriyalı qaçqın məskunlaşıb. Türkiyədə ümumilikdə 3 milyona yaxın suriyalı qaçqın sığınacaq tapıb. Ölkədə 26 qaçqın düşərgəsi yaradılıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı