Subay qızın elanı gündəm oldu: “Gəlin məni...”
Bizi izləyin

Dünya

Subay qızın elanı gündəm oldu: “Gəlin məni...”

Türkiyənin Muğla vilayətində heç cür evlənə bilməyən 42 yaşındakı qız maraqlı bir üsuldan istifadə edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sevgilisindən də ümidini kəsən E. K. evinin pəncərəsindən “Məni evlənmək üçün ailəmdən istəyin” yazılan bir elan asıb.

“Başqaları məni istəmək üçün gəlmək istəyəndə sevgilim hər dəfə “səni mən alacağam” deyərək evlənməyimə mane olur. Amma onun gələcəyinə inanmıram. Reaksiyamı bu şəkildə göstərdim”, - elanda yazılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm