Davudoğlunun xələfinin adı – KİM OLACAQ?
Bizi izləyin

Dünya

Davudoğlunun xələfinin adı – KİM OLACAQ?

Bu gün Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr postuna namizədin adı məlum olacaq.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partiya sədrinin köməkçisi Mustafa Ataş bu gün yerli vaxtla saat 13.00-da (Bakı vaxtı ilə saat 14:00) namizədin adını açıqlayacaq.

Bundan əvvəl isə partiyanın İdarə Heyətinin toplantısı keçiriləcək.

Məlumata görə, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımın AKP-nin yeni sədri olması ehtimalı yüksək qiymətləndirilir. Millət vəkili və nazirlərin böyük hissəsinin də seçimini Binalı İldırım üçün etdiyi bildirilir.

Qeyd edək ki, AKP-nin növbədənkənar qurultayı mayın 22-də keçiriləcək. AKP-nin sədri Əhməd Davudoğlunun əvəzləyicisi kimi Binali Yıldırımdan başqa, ədliyyə naziri Bekir Bozdağ, Ərdoğanın kürəkəni olan enerji və təbii qaynaqlar naziri Berat Albayrak, səhiyyə naziri Mehmet Müezzinoğlu və baş nazirin müavini Numan Kurtulmuşun adı çəkilir. Lakin Türkiyə mediası daha çox “3B formulu”na daxil edilən Binali Yıldırım, Bekir Bozdağ və Berat Albayrakın üzərində dayanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm