Lukaşenko: “Bu, gec-tez baş verəcək”
Bizi izləyin

Dünya

Lukaşenko: “Bu, gec-tez baş verəcək”

“Ukrayna və Gürcüstan gec-tez Müstəqil Dövlət Birliyinin tərkibinə qayıdacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlət Birliyinin(MDB) təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının Minskdə keçirilən 40-cı toplantısında bildirib.

“Əminəm ki, Ukrayna bu gün olmasa da, sabah bizə gələcək. Ukrayna bu məsələdə maraqlıdır. Düşünürəm ki, Gürcüstanla bağlı vəziyyət də eynidir. Elə etmək lazımdır ki, onlar qayıtsınlar. Bu ölkələrdə xeyli insan var ki, bizimlə əməkdaşlıq etməyə hazırdır”, - Lukaşenko deyib.

Dövlət başçısının fikrincə, onları MBD-yə qayıtmağa məcbur etmək lazım deyil, sadəcə çağırmaq lazımdır.

“Biz bu respublikaları itirməməliyik”, - Belarus lideri vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm