Parlamentdə oturaq aksiya başladı
Bizi izləyin

Dünya

Parlamentdə oturaq aksiya başladı

Parlamentdə oturaq aksiya başladı

Ukrayna Ali Radasının Radikal və "Batkivşina" partiyalarından olan deputatları sessiya zalında oturaq aksiya elan ediblər.

Publik.az Ukrayna mediasına istinadən xəbər verir ki, etiraz aksiyasını Radikal Partiyasının lideri Oleq Lyaşko başlayıb.

“Biz etirazın başqa formasına keçirik. Biz burada dalaşmayacağıq… Biz oturaq aksiyanı elan edirik”, - iki partiyanın birgə bəyanatını oxuyan Lyaşko bildirib.

Ali Radanın spikeri Andrey Parubiy qeyd edib ki, faktiki olaraq parlamentin tribunası mühasirəyə alınmadığından parlamentin işini davam etdirmək olar.

Radikal və “Batkivşina” partiyalarının əsas tələbi prezident Pyotr Poroşenkoya aid olan ofşor şirkətlərin mövcudluğunun araşdırılması üzrə parlamentin müvəqqəti komissiyasının yaradılmasıdır. Müxalifət həmçinin qaz və istilik sistemi tariflərinin azaldılmasını tələb edir.

Ukrayna prezidentinin adı bir neçə dəfə korrupsiya qalmaqallarında hallanıb. Ukrayna KİV-inin yazdığına görə, Poroşenkonun 15 şirkətdə aktivləri var. Bundan başqa, Poroşenkonun adı beynəlxalq “ofşor qalmaqalı”nda çəkilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm