Dünya
Ərdoğan Messi ilə futbol oynayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samuel Eto’o Fondunun 10-cu il fəaliyyəti çərçivəsində Antalyada ulduz futbolçular arasında keçiriləcək qarşılaşmada meydana çıxacaq.
Ərdoğanın futbol oynayacağı adlar arasında Barselona klubunun ulduzu Lionel Messi də var. Türkiyənin Antalyaspor klubunun kamerunlu futbolçusu Samuel Eto’onun adını daşıyan fondun təşkil etdiyi bu qarşılaşmadan gələn gəlir afrikalı uşaqlar üçün xərclənəcək.
Fond yeni oyuna Türkiyə Prezidentini də dəvət edib. Antalya Böyükşəhər Bələdiyyə sədri Menderes Türel sosial şəbəkədə Ərdoğanın dəvəti qəbul etdiyini açıqlayıb.
“Messi ilə bərabər dünyanın digər ulduzu Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Antalya Arenada futbol oynayacaq. Xairici oşlər naziri Mövlüd Çavuşoğlu və bəndənizin də forma geyinəcəyi iyulun 16-da 20:45-də (Türkiyə vaxtı ilə) başlayacaq qarşılaşmaya hamınız dəvətlisiniz”, - Menderes Türel deyib.
Matç 16 iyulda Antalya Arena stadionunda baş tutacaq. Maradona, Messi, Neymar, Suarez, Eden Hazard, Totti, Maykl Essyen, Xavi, Avqustin Okoça, Piyer Emerik Obameyanq, İniyesta və Arda Turan böyük matçda meydana çıxacaq.
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:58Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü









.jpg)















.jpg)













