Dünya
NATO-Rusiya müharibəsi olacağı halda..
Almaniyanın “Die Welt” nəşri Baltikyanı regionda Rusiya və NATO-nun mümkün hərbi qarşıdurmasında ittifaqın şanslarını qiymətləndirib.
Publika.az xəbər verir ki, nəşr Şimali Atlantika İttifaqının praktik olaraq şanslarının olmayacağını yazıb.
Nəşr qeyd edir ki, NATO şərq cinahını möhkəmləndirməklə güc nümayiş etdirməyə çalışır.
NATO-nun 8-9 iyul tarixlərində keçirdiyi Varşava sammitində Polşa, Estoniya, Litva və Latviyaya dörd min hərbi qulluqçunun göndərilməsi barədə razılaşdı. Bu qərar kifayət qədər mübahisəli oldu. Məqalənin müəllifi qeyd edir ki, 4 min hərbi qulluqçu regionda hərbi güclərin nisbətini dəyişdirməyə, ilk növbədə Rusiya qoşunlarının say üstünlüyünə görə qadir deyil.
Bundan başqa, ittifaqda “Axilles dabanı” var: Polşa və Litva arasında təxminən 100 kilometr uzunluğu olan Suvalki dəhlizi. Suvalki Dəhlizi Rusiyanın Kalininqrad vilayəti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Belarus ilə həmsərhəddir. “Die Welt” nəşrinin əməkdaşı qeyd edir ki, bu regionda NATO-nun ən zəif yeridir.
RAND analitik mərkəzin proqnozlarına əsasən, hipotetik münaqişə olacağı halda Rusiya Suvalki Dəhlizini kəsə, texnika və təchizatı nəql etmək imkanından NATO-nu məhrum edə biləcək.
“NATO-nun piyada qoşunları geri çəkilə bilməyəcək və məğlubiyyətə uğrayacaqlar”, - ekspertlər qeyd edirlər.
Bundan başqa, Rusiya Baltika dənizində ittifaqın hərbi gəmilərini mühasirəyə ala bilər.
“Quruda NATO-nun qoşunları rusiyalılara qarşı durmaq üçün çox az və zəifdir”, - məqalənin müəllifi yekunlaşdırır.
Ömər Dağlı
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU


































