Dünya
Sarkisyanın "GÜNAH KEÇİSİ" - baş qərargah rəisi istefaya göndərilir
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri
Xaçaturyan istefaya göndərilir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın
“news.am” saytı yazıb.
Sayt qeyd edib ki, artıq bununla bağlı hazırlıq işlər başlayıb.
Qeyd edək ki, Y. Xaçaturovun oğlu Qriqori Xaçaturov da hərbi
sistemdə yüksək vəzifədədir. O, 2010-cu ildə yol verdiyi nöqsanlara
görə 4-cü ordu korpusunun rəhbəri vəzifəsindən azad olunmuşdu.
Lakin bu yaxınlarda Q. Xaçaturov prezidentin sərəncamı ilə 3-cü
ordu korpusunun komandiri vəzifəsində təyin edilib.
“Aykakan Jamanak” qəzetinin yaydığı məlumatda isə deyilirdi ki, Q.
Xaçaturovu bu vəzifəyə təyin etmək üçün general-mayor Onik
Qasparyan bu postdan uzaqlaşdırılıb.
“Xaçaturovun təyinatı ictimai qınağa səbəb oldu. Çünki bu adamın
adı həmişə qalmaqallarda və neqativ hadisələrdə hallanır. Məlumdur
ki, o atasının nüfuzundan istifadə edərək, orduda da həmişə
özbaşına hərəkətlər edib. Hətta onun adı bir sıra cinayət işində də
hallanıb”, - deyə qəzet qeyd edib.
Qəzet əlavə edib ki, S. Sarkisyan oğul Xaçaturovu bu vəzifəyə təyin
etməklə ata Xaçaturova jest edib.
Asif
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU


































