İdman
FİFA təşkilatın kommersiya hüquqlarını ABŞ fonduna sata bilər
Beynəlxalq Futbol Federasiyası (FİFA) yeni "FIFA Forward Enterprise" strukturu vasitəsilə ilk dəfə xarici investisiyalar cəlb etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Dərc olunmuş məlumata görə, yeni strukturun dəyəri 20 milyard dollar qiymətləndirilir. FİFA təşkilatın media və kommersiya hüquqlarının verilməsi nəzərdə tutulan yeni strukturun təxminən 20 faiz səhmlərini satmaqla investorlardan 4,2 milyard dollara qədər vəsait cəlb etməyi gözləyir. Potensial investorlar arasında amerikalı sahibkar Coşua Kuşnerin "Thrive Eternal" fondu da nəzərdən keçirilir.
Əldə olunmuş vəsaitlərin digər məqsədlərlə yanaşı, milli futbol assosiasiyalarına ödənişlərin artırılmasına yönəldilməsi planlaşdırılır. Hazırda FİFA-ya üzv olan hər bir ölkə təşkilatdan ildə təxminən 2 milyon dollar alır.
2026-cı il dünya çempionatının finalında İspaniya yığması Argentina komandasını 1:0 hesabı ilə məğlub edib. Görüşün əsas vaxtı heç-heçə (0:0) başa çatıb, ikinci əlavə olunmuş hissədə isə "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres yeganə qola imza atıb.
Argentina millisi 93-cü dəqiqədən etibarən azlıqda oynayıb. Enso Fernandes top uğrunda mübarizədə Pau Kubarsinin ayağına sərt zərbə endirdiyinə görə ikinci sarı vərəqəni alıb. Bundançı əvvəl Fernandes 82-ci dəqiqədə hakimə qışqırdığı və cərimə zərbəsinin təyin olunmasını tələb etdiyi üçün sarı vərəqə almışdı.
2026-cı il dünya çempionatı tarixində 32 komanda əvəzinə 48 yığmanın mübarizə apardığı ilk mundial olub. FİFA tərəfindən qəbul edilmiş bu format iştirakçı komandaların coğrafiyasını genişləndirməyə imkan verib və əlavə 40 oyun əlavə edərək matçların ümumi sayını 104-ə çatdırıb. Bununla belə, FİFA rəhbəri Canni İnfantino təşkilatda komandaların sayının 64-ə çatdırılması imkanının nəzərdən keçirildiyini açıqlayıb.
Hüseyn İbadlı
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş
-
Dünya17 Avqust 17:38Bu ölkəyə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında kəşfiyyat aparır






















.jpg)














