Dövlət qulluqçularının maaşları üç il dondurulacaq
Bizi izləyin

Dünya

Dövlət qulluqçularının maaşları üç il dondurulacaq

Rusiya Maliyyə Nazirliyi dövlət qulluqçularının maaşlarını üç ilə dondurmağı təklif edir.

Publika.az xəbər verir ki, bu haqda hökumətdəki mənbəyə istinadən “Reuters” agentliyi bildirib.

Maaşların 2019-cu ilin sonuna kimi dondurulması təklif edilir. Maaşların dondurulması təhsil və səhiyyə sahəsinin işçilərinə toxunmayacaq.

Maliyyə Nazirliyi tərəfindən səsləndirilən təkliflərin arasında həmçinin müdafiə xərclərinin 2017-ci ildən 2019-cu ilə qədər 6 faiz ixtisarı yer alıb. Federal büdcənin xərclərinin ümumi həcminin ildə 15,787 trilyon rubl səviyyəsində saxlanılması planlaşdırılır.

“Vedomosti” nəşrinin hələ iyulda əldə etdiyi məlumata görə, üç il ərzində federal büdcənin xərclərinin dondurulması barədə Maliyyə Nazirliyinin təklifi baş nazir Dmitri Medvedev tərəfindən dəstəklənilib. Amma xərclərin dondurulmasının konkret vaxtı barədə qərar qəbul edilməmişdi.

Avqustun sonunda Rusiya hökuməti pensiyaların ikinci indeksləşdirilməsinin birdəfəlik ödəmə ilə əvəz edilməsi barədə qərar verib. 2017-ci ilin yanvarında bütün təqaüdçülərə beş min rubl veriləcək. Prezident Vladimir Putin bu qərarı dəstəkləyib.

Xatırladaq ki, 2015-ci il aprelin əvvəlində Putin dövlət qulluqçularının maaşlarının ilin sonuna kimi dondurulması haqqında qanunu imzalayıb. Buraya hərbçilər, hakimlər, Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətin əməkdaşları və gömrükçülər daxil idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm