Şiddətli döyüşlər: 4 liman ələ keçirildi
Bizi izləyin

Dünya

Şiddətli döyüşlər: 4 liman ələ keçirildi

Liviyada general Xəlifə Haftarın komandanlıq etdiyi Liviya ordusu Aralıq dənizinin sahilində “neft ayparası”nda yerləşən Zuveytin limanını ələ keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda brqadalardan birinin nümayəndəsi Məhəmməd əl-Azumi bildirib.

Tripolidəki milli razılıq hökumətinə tabe olmayan Liviya ordusu bazar günü ölkənin əsas neft terminallarına hücuma başlayıb. Bir neçə saat əvvəl verilən məlumatda hərbçilərin Ras-Lanuf, Es-Sidr və Breqa limanlarını aldığı, Zuveytin limanının 80 faizinə nəzarət etdiyi bildirilirdi. Limanlara Tripoli hakimiyyətinə loyal olan silahlı dəstələr nəzarət edirdilər.

“Bizim güclərimiz Zuveytin limanını müvəffəqiyyətlə alıb və ona tamamilə nəzarət edir”, - Məhəmməd əl-Azumi deyib.

Qeyd edək ki, general Xəlifə Haftar daha əvvəl bildirib ki, ölkənin neft limanlarının tutulmasını qanunsuz hesab edir və onları azad edərək “qanuni hakimiyyət”in sərəncamına vermək niyyətindədir. Haftar Tobrukda yerləşən və 2014-cü ildə seçilən Liviyanın parlamentinin müttəfiqidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm