Keçmiş səfir: “Putinə afərin!”
Bizi izləyin

Dünya

Keçmiş səfir: “Putinə afərin!”

Rusiya prezidenti Vladimir Putin ABŞ-dakı prezident seçkilərinə müvəffəqiyyətlə müdaxilə edib.

Rusiya prezidenti Vladimir Putin ABŞ-dakı prezident seçkilərinə müvəffəqiyyətlə müdaxilə edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol bildirib.

“Putin bizim seçkilərimizə müdaxilə etdi və müvəffəqiyyət qazandı. Afərin!”, - deyə diplomat “Twitter”də yazıb.

ABŞ xüsusi xidmət orqanları dəfələrlə bildirib ki, Rusiya Trampın namizədliyini dəstəkləyir. Vladimir Putin isə cavabında qeyd edib ki, bu iddialar ictimai rəyə təsir etmək və manipulyasiya üsuludur. Putin həmçinin deyib ki, Moskva Amerika xalqının seçəcəyi istənilən prezidentlə işləyəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərinin qalibi Donald Tramp olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm