Məktəbin 100 metrliyində neft borusu partladı
Bizi izləyin

Dünya

Məktəbin 100 metrliyində neft borusu partladı

Xəsarət alanlar barədə məlumat yoxdur.

Kolumbiyada “Milli Azadlıq Ordusu”ndan olan üsyançılar Narinyo departamentində Transand neft borusunu partladıblar.

Publika.az xəbər verir ki, partlayış Rikaurte şəhərciyində, orta məktəbdən 100 metr aralıdan keçən neft borusunda törədilib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Partlayış nəticəsində neft əraziyə axaraq, Quis çayının məcrasınadək çatıb.

“Ecopetrol” dövlət neft şirkətinin əməkdaşları çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm