NATO-nun təlimləri başladı
Bizi izləyin

Dünya

NATO-nun təlimləri başladı

NATO-nun təlimləri başladı

Litvada NATO-nun “Iron Sword” adlı təlimləri başlayıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, təlimlərdə 4 min hərbçi iştirak edir.

Təlimlərə Böyük Britaniya, Almaniya, Latviya, Litva, Lüksemburq, Kanada, Polşa, Rumıniya, Sloveniya, ABŞ və Estoniya hərbçilərinin qatıldığı bildirilir.

Təlimdə hərbçilər arasında əlaqələndirmə, real döyüş şəraitində birgə fəaliyyətin yoxlanılması və təkmilləşdirilməsi, hücum və müdafiə əməliyyatlarının təşkili, yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm