Dünya
Minlərlə FBI agentinin məlumatları oğurlandı - Hakerlərdən şok iddia
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) minlərlə əməkdaşının şəxsi məlumatlarının oğurlandığına dair iddialardan sonra mümkün kibertəhlükəsizlik pozuntusunu araşdırır.
Publika.az xəbər verir ki, bu barədə “CNN International” məlumat yayıb.
Bildirilib ki, “Shiny Hunters” adlı haker qrupu FBI-ın məlumatlarına giriş əldə etdiyini iddia edib. Qrupun açıqlamasından bir neçə saat sonra FBI hadisədən xəbərdar olduğunu və araşdırmanın başladıldığını təsdiqləyib.
Hadisə fonunda FBI-ın işə qəbul portalı “FBIjobs.gov” da müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hakerlərin məqsədi isə hələlik məlum deyil. Qrup FBI-dan daha əvvəl yayımladığı kibertəhlükəsizlik xəbərdarlığını silməyi və ya dəyişdirməyi tələb edib. Bununla belə, qrup hücumun maliyyə məqsədi daşımadığını bildirib.
FBI daha əvvəl “Shiny Hunters” qrupunun texnologiya, maliyyə, pərakəndə satış və səhiyyə sektorlarında iri qurumları hədəfə aldığını açıqlamışdı. Qrupun milyonlarla müştəri məlumatını oğurladığı bildirilir.
Qeyd edək ki, FBI son illərdə bir neçə kibertəhlükə ilə üzləşib. 2023-cü ildə qurumun Nyu-Yorkdakı ofisinin bəzi kompüter sistemlərinə müdaxilə edilmiş, həmin sistemlərdən birinin Cefri Epşteyn işi ilə bağlı görüntülərin saxlanılmasında istifadə olunduğu bildirilmişdi.
Müəllif: Roza
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar



































