Dünya
İsrail və Türkiyə prezidentləri telefonla danışdılar
İsrail prezidenti Reuven Rivlin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə prezidentinin mətbuat xidməti məlumat yayıb.
R.Rivlin İsraildə meşə yanğınlarının söndürülməsində göstərdikləri yardıma görə Türkiyəyə təşəkkürünü bildirib.
Dövlət başçıları iki ölkə arasındakı münasibətlərin inkişafı məsələsinə toxunublar.
“Prezident Rəcəb Tayyib Ərdoğan İsraildə azanın səs gücləndirici vasitəsi ilə verilməsinə qoyulan qadağanın müsəlman əhalinin narahatlığına səbəb olduğunu söyləyib. Rivlin isə bildirib ki, bütün özünü ifadə azadlıqları məsələləri kimi bu da həssaslıqla nəzərə alınacaq. İsrail prezidenti daha sonra vurğulayıb ki, müsəlman, xristian, yəhudiliyindən asılı olmayaraq, İsrail hər kəsin ibadət azadlığını qoruyub saxlayacaq”, - deyə mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
R.Rivlin İsraildə meşə yanğınlarının söndürülməsində iştirak edən Türkiyə pilotları ilə görüşdüyünü söyləyib. Ərdoğanla Rivlin yaxın zamanda yenidən telefonla danışmaq barədə razılığa gəliblər.
Məlumata görə, İsrailin müxtəlif bölgələrində baş verən meşə yanğınlarının söndürülməsi üçün Türkiyə bu ölkəyə 3 yanğınsöndürən təyyarə göndərmişdi.
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO













.jpg)











.jpg)
.jpg)









