Amerika aparıcısı Suriyaya raket zərbələrini “gözəl” adlandırdı - - VİDEO
Bizi izləyin

Dünya

Amerika aparıcısı Suriyaya raket zərbələrini “gözəl” adlandırdı - - VİDEO

Suriya tərəfinin məlumatına görə, 10 nəfər ölüb.

Amerikanın MSNBC telekanalının aparıcısı Brayan Uilyams birbaşa yayımda ABŞ Suriya hərbi hava bazasına raket zərbələrinin kadrlarını “gözəl” adlandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Uilyams otuz saniyə ərzində üç dəfədən çox bu sözdən istifadə edib.

Qeyd edək ki, ötən gecə ABŞ Suriya ərazisində yerləşən Şayrat aerodromuna raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, zərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.

Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 59 "Tomaqavk" raketi atılıb. Suriya tərəfinin məlumatına görə, 10 nəfər ölüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm