Nyutonun üçüncü QANUNU və ölənə kimi...- Putinin “MƏXFİ MÜHARİBƏ”si
Bizi izləyin

Dünya

Nyutonun üçüncü QANUNU və ölənə kimi...- Putinin “MƏXFİ MÜHARİBƏ”si

“Putinin müsahibəsi” sənədli filminin son – dördüncü hissəsini göstərildi.

Amerikanın “Showtime” kanalı “Putinin müsahibəsi” sənədli filminin son – dördüncü hissəsini göstərdi.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin son hissədə Moskvanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi, ABŞ prezidenti Donald Trampdan gözləntiləri, Rusiya liderinin gələcək planları, o cümlədən 2018-ci il prezident seçkilərində mümkün iştirak haqqında danışıb.

ABŞ-da prezident seçkilərinə haker hücumları

Söhbətin əhəmiyyətli hissəsi ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsi haqqında məsələyə həsr edilmişdi. Amerika xüsusi xidmət orqanları Demokratlar Partiyasının Milli Komitəsinin serverlərinin Rusiya hakerləri tərəfindən qırıldığını bildirirlər. Bundan başqa, KİV-də Rusiya mövzusunun gündəmdə saxlanılması ona gətirib çıxarıb ki, artıq Trampın ətrafı prezidentinin “Rusiya ilə sözləşməsi” barədə araşdırma aparırlar. Moskva ittihamları dəfələrlə təkzib edib.

Putin müsahibədə yenidən bildirdi ki, Moskva seçkilərə müdaxilə etmirdi.

“Biz heç bir haker hücumu ilə məşğul olmurduq. Və təsəvvür etmək çətindir ki, istənilən başqa ölkə, hətta Rusiya ciddi surətdə seçki kampaniyasının gedişinə və onun nəticələrinə təsir edə bilərdi”, - prezident deyib.

Putin bildirib ki, hakerlər tapılmayıb və Rusiyaya qarşı heç bir dəlil təqdim edilməyib.

“Birləşmiş Ştatlarda seçkilərin nəticələrinə bizim təsirimiz barədə deyilənlər yalandır. Bu iddialar bir neçə səbəbdən hazırlanır. Trampın prezidentliyinin qanunauyğunluğuna şübhə yaratmaq, Rusiya-ABŞ münasibətlərinin normallaşmasına imkan verməmək və daxili siyasi mübarizəsi üçün əlavə alətlər yaratmaq. Bu kontekstdə Rusiya-Amerika münasibətləri ABŞ-da daxili siyasi mübarizənin alətidir”, - Putin izah edib.

ABŞ-ın Rusiyada seçkilərə müdaxiləsi

Oliver Stoun Putindən ABŞ-ın Rusiyada 2012-ci ildə keçirilən seçkilərə müdaxilə edib-etmədiyini soruşub. Putin “bəli” cavabı verib.

“ABŞ 2000-ci ildə də, 2012-ci ildə də seçkilərə müdaxilə edirdi. Amma 2012-də xüsusilə təcavüzkar idi. Mən detalları barədə danışmayacağam”, - Putin bildirib.

O həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar öz hədəflərində diplomatik qulluqçulardan istifadə etdi: “Təsəvvür etmək çətindir ki, diplomatik işçilər Rusiyanın daxilində seçki kampaniyasına qoşulsunlar. Diplomatik işçilər dövlətlərarası münasibətləri qaydaya salmalıdır. Qeyri-hökumət təşkilatları hər şeylə məşğul ola bilər. Hərçənd qeyri-hökumət təşkilatları ya Dövlət Departamentindən, ya hansısa bir başqa kvazidövlət mənbələrindən maliyyələşdirilir. Bu, bütün postsovet məkanında, Şərqi Avropada, Afrikada, Latın Amerikasında və başqa ölkələrdə baş verir”.

Trampa simpatiya və danışıqlara hazırlıq

Putinin sözlərinə görə, Rusiya Trampa rəğbət bəsləməyə davam edir, çünki o münasibətləri normalaşdırmağa cəhdlər haqqında danışırdı.

Stounun Putinin hakimiyyəti illərində ABŞ-ın dörd prezidenti - Bill Klinton, kiçik Corc Buş, Barak Obama və Donald Trampı gördüyünü xatırladıb və nəyin dəyişdiyini soruşub.

“Demək olar ki, heç nə. Bizdə hər yerdə, həmçinin Birləşmiş Ştatlarda bürokratiya güclüdür və o dünyanı idarə edir”, - Putin cavab verib.

Rusiya lideri qeyd edib ki, Rusiya Vaşinqtonun dialoqa tam hazır olacağı vaxtı gözləməyə hazırdır. O, Trampla görüşə də tələsmədiyini deyib: “Tramp hələ Pentaqon, Dövlət Departamenti, respublikaçılar və demokratlar da daxil olmaqla, partnyorlarla münasibətlərini aydınlaşdırmalıdır. Administrasiya praktik işə nə vaxt hazır olsa, biz dərhal cavab verəcəyik”.

Bütovlükdə, Putinin sözlərinə görə, ölənə kimi ümid həmişə var.

Məxfi müharibə

Stoun Putindən həmçinin, indi ABŞ və Rusiya arasında kibersferada “məxfi müharibə”nin gedib-getmədiyini soruşub.

Putin cavab olaraq Nyutonun üçüncü qanununu yada salıb, yəni, hər hərəkət əks təsiri yaradır.

O, ABŞ-ın böyük kəşfiyyat cəmiyyətini “böyük təsərrüfat” kimi xarakterizə edib:

“Amerikalılarda çox böyük təsərrüfat var. Hər yerdə işləməyə məcburdurlar. Buna ildə 600 milyard dollar xərclənir. Rusiya kibersferada şəxsi potensialını quraraq başqa ölkələrə çatmaq və təhlükəsizlik prinsiplərini yenidən ifadə etməli oldu. Biz 1990-cı illərin əvvəlində hesab edirdik ki, “soyuq müharibə” başa çatdı və müdafiə üçün hansısa əlavə addımlara ehtiyacı yoxdur. Amma son zamanlar təhlükəni anlamağa başladıq və fikirləşdik ki, təhlükəsizliyi təmin etmək və texnologiya müstəqilliyinə nail olmaq lazımdır. Biz, əlbəttə ki, bunun üçün müəyyən addımları atırıq”.

Gələcək planlar

Növbəti suallardan biri Putinin sərvəti barədə oldu. Rusiya lideri onda iddia olunan miqdarda sərvətin olmadığını bildirdi. Kiprdə maliyyə hesablarının olmasına gəlincə, prezidenti deyib ki, əgər bu hesablar olsaydı, onları çoxdan tapardılar.

Daha neçə il ölkəyə rəhbərlik edəcəyi barədə planlara gəlincə, Kreml lideri yekun qərarı Rusiya vətəndaşlarının qəbul etdiyini deyib.

Putinin sözlərinə görə, Rusiya bu məsələdə heç kəsə heç nəyi sübut etməli deyil: “Siz düşünürsünüz ki, bizim hədəfimiz kiməsə nəyisə sübut etməkdir? Bizim hədəfimiz ondan ibarətdir ki, öz ölkəmizi möhkəmləndirək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm