• USD 1,7000 0,00% EUR 2,0695 +0,35%
    • GBP 2,3318 +0,24% RUB 0,0230 -0,87%

“Putinin NATO-su”na Trampdan sürpriz: Rusiya sərhədlərində TƏHLÜKƏ

  • Dünya
  • 6 İyul 2017 10:48
  • 2 418 Baxış
“Putinin NATO-su”na Trampdan sürpriz: Rusiya sərhədlərində TƏHLÜKƏ

Polşa və ABŞ Müdafiə Nazirlikləri arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin Polşaya çatdırılması barədə müqavilə imzalanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Varşavada keçirilən brifinqdə Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib.

Maçereviç dəqiqləşdirib ki, Polşaya çatdırılan “Patriot” sistemləri ən yeni IBCS atəş sistemi ilə təchiz ediləcək. Polşa 8 “Patriot” batareyasının alınmasına təxminən 7,5 milyard dollar xərcləməyi nəzərdə tutur.

Qeyd edək ki, Polşa Rusiyanın Kalininqrad vilayəti və Moskvanın əsas müttəfiqi, həmçinin “Putinin NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının (KTMT) üzvüdür. “Patriot”ların Polşaya çatdırılması həm də NATO-nun şərq cinahının gücləndirilməsi planı çərçivəsində qiymətləndirilir.

“Patriot” dünyanın ən müasir hava hücumundan müdafiə sistemlərindən biri hesab edilir. Vaşinton və Varşava arasında hərbi müqavilənin ABŞ prezidenti Donald Trampın Polşaya səfəri zamanı imzalanması isə diqqət çəkir.

ABŞ prezidenti dünən Polşaya səfərə gəlib. Tramp Mərkəzi Avropa, Baltikyanı və Balkan ölkələrinin başçılarının qatılacağı “Üç dəniz ölkələri” sammitində iştirak edəcək.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR