Tarixi toplantıda qeyri-adi olay: Mışıl-mışıl yatdı
Bizi izləyin

Dünya

Tarixi toplantıda qeyri-adi olay: Mışıl-mışıl yatdı

Tarixi toplantıda qeyri-adi olay: Mışıl-mışıl yatdı

Qazaxıstanın paytaxtı Astanada təşkil edilmiş lider ölkələrin toplantısında ABŞ nümayəndəsi divanda yatarkən kameralara tuş gəlib.

Publika.az xəbər verir ki, toplantıda ABŞ-la yanaşı, Türkiyə, Suriya, İran və Rusiyanın diplomatik nümayəndələri iştirak edib.

Adıçəkilən ölkələr 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsinə həll yolu tapmaq üçün bir müddətdir Astanada toplantılar keçirir. Budəfəki toplantıda qəribə hadisə baş verib. ABŞ Xarici İşlər Nazirliyi tərəfindən bu görüş üçün vəzifələndirilən diplomat Stüart Cons görüşmənin keçirildiyi yerdə yuxuya gedib.

Diplomatın bu vəziyyəti bir tərəfdən gülüşlərə səbəb olarkən, digər tərəfdən ABŞ-ın Suriya məsələsinə qeyri-ciddi yanaşmasının nəticəsi kimi qiymətləndirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm