Dünya
Ərdoğan: "Əsas hədəf Suriya, İraq, Qətər deyil, Türkiyədir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsas hədəfin Suriya, İraq, Qətər deyil, Türkiyə olduğunu bəyan edib.
APA-nın məlumatına görə, R. T. Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən "15 Milli iradənin zəfəri" mövzusunda paneldə çıxışında deyib ki, Türkiyənin Suriya, İraq və Qətərlə nə üçün maraqlandığını deyənlər var.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun belə mövqedən çıxış etdiyini qeyd edən R. T. Ərdoğan deyib ki, məsələnin Türkiyə olduğunu anlamayıb, Ankaradan İstanbula yürüş keçirənlərə Allah ağıl versin: "15 iyul mübarizəmizin zirvəsidir. Bu mübarizə davam edəcək. CHP sədri deyir ki, həbs olanlar azad edilsin, fövqəladə vəziyyət rejimi ləğv olunsun. Bu sözlərdən məmnun olanlar FETÖ-çülər, PKK terrorçularıdır. Məhkəmələrimiz hərbi çevrilişdə iştirak edənlərə və onlara dəstək verənlərə cəzalarını verənə qədər bu mübarizə davam edəcək. Fövqəladə vəziyyət rejimi terror təşkilatları ilə mübarizəyə ehtiyac qalmayana qədər davam edəcək. CHP hakimiyyətinin azərbaycanlı qardaşlarımızı Boraltan körpüsündə ölümə təslim etdiyini də unutmadıq ".
-
İdman06:46“Barselona” və “Real” qələbə qazandı
-
Magazin206:16Qala gecəsinə elə geyimdə gəldi ki... - FOTO
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadından yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO

























.jpg)



