Dünya
KXDR-də dünyanın ən güclü silahlı qüvvələri yaradılacaq - Kim Çen In tapşırıq verdi
KXDR lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını əsas prioritetlərdən biri elan edib.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22–23-də Pxenyanda keçirilən Koreya Xalq Ordusunun bölük komandirlərinin III müşavirəsinin yekunlarına dair məlumat yayıb.
Kim Çen In bölüklərin döyüş qabiliyyətinin artırılmasını, hərbi intizamın möhkəmləndirilməsini və komandirlərin peşəkarlığının yüksəldilməsini tapşırıb. O, bütün bölüklərin müstəqil şəkildə müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə bilən elit hərbi hissələrə çevrilməsinin vacibliyini vurğulayıb.
“Partiyanın Mərkəzi Komitəsi qarşıdakı yeni plan dövründə həyata keçirilməli olan əsas vəzifələrdən və real hədəflərdən biri kimi dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını müəyyən edib”, - deyə agentlik Kim Çen Inın sözlərini sitat gətirib.
Müşavirədə KXDR-in müdafiə naziri Kim Son Gi, Baş Qərargah rəisi Li Yon Gil və digər yüksək rütbəli hərbi rəhbərlər də iştirak ediblər.
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü

































