İngilislərin Ərdoğana qarşı planı: Bu şəxsə gizli dəstək verilir
Bizi izləyin

Dünya

İngilislərin Ərdoğana qarşı planı: Bu şəxsə gizli dəstək verilir

İngiltərənin “Times” qəzeti bugünkü buraxılışında CHP partiyasının rəhbəri Kemal Kılıçdaroğlunun fikirlərinə yer ayırıb.

Publika.az xəbər verir ki, Kılıçdaroğlu daha çox küçə nümayişi təşkil etmək niyyətində olduğunu açıqlayıb.

K.Kılıçdaroğlu qəzetin müxbirinə verdiyi müsahibədə Türkiyədə demokratiyanın geri qaytarılmasına söz verib.

Müxbirin “terror təşkilatları ilə birlikdə hərəkət etmək nöqtəsinə gəldinizmi” sualına partiya lideri belə cavab verib:

“Demokratik olmayan bir mədəniyyətdən gələn hər insan, əlbəttə ki, mənim nümayişimə terrorçu nümayişi deyəcək. Çünki onlar azad ruha sahib olduğum gerçəyini qəbul etmək istəmirlər”.

Qeyd edək ki, Türkiyənin “Haber7” saytı Kılıçdaroğlunun “Yol xəritəsi”nin ingilislər tərəfindən hazırlandığını və ona gizli dəstək verildiyini iddia edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm