Dünya
Mixail Qusman İtaliyanın ali ordeni ilə təltif edildi
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Fərmanı İtaliya Prezidenti Sergio Mattarella imzalayıb.
Mixail Qusman bu ali mükafata “Rusiya vətəndaşlarının müasir İtaliya siyasəti haqqında məlumatlandırılmasındakı böyük töhfələrinə, xüsusən İtaliyanın müsbət obrazının və Rusiya-İtaliya münasibətlərinin formalaşdırılmasında dəstəyinə görə” layiq görülüb.
Ali dövlət mükafatı olan “İtaliya Respublikası qarşısında xidmətlərə görə” ordeni 1951-ci ildə köhnə kral təltifləri əvəzinə təsis edilib. Bu orden xalq qarşısında ədəbiyyat, incəsənət, iqtisadiyyat, xeyriyyəçilik, ictimai və humanitar sahələrdə xidmətlərə görə təqdim edilir. Ordenin müxtəlif dərəcələri ilə, həmçinin kosmonavt Valentina Tereşkova, musiqiçilər Mstislav Rastropoviç və Valeri Georgiyev, Ermitajın rəhbəri Mixail Piotrovski, Dünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko təltif ediliblər.
Təntənəli mükafatlandırma mərasimi 2017-ci il sentyabrın 25-də İtaliyanın Moskvadakı səfirliyində keçiriləcək.
Qeyd edək ki, Mixail Qusman 1950-ci il yanvarın 23-də Bakıda anadan olub. 1995-ci ildən TASS agentliyində işləyir. 1999-cu ildə agentliyin baş direktorunun birinci müavini təyin edilib. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi və ədəbiyyat və incəsənət sahəsində Rusiyanın Dövlət Mükafatı laureatıdır. Rusiyanın dördüncü dərəcəli “Vətənə xidmətə görə”, “Şərəf” və “Dostluq” ordenləri, “Kazanın 1000 illiyi münasibətilə” medalı, həmçinin Azərbaycanın “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif edilib.
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi






.jpg)





.jpg)

























