Dünya
Putindən Ukrayna ilə bağlı açıqlama: Daimi sülhə hazırıq
Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə razılaşmağa hazır olduqlarını bildirərək, müvəqqəti atəşkəs əvəzinə daimi sülh sazişinin əldə olunmasının vacibliyini vurğulayıb.
Publika.az xəbər verir ki, Putin dövlət televiziyasına açıqlamasında Ukrayna ilə danışıqlar prosesinə toxunub.
Rusiya lideri Moskvanın nəzarətinə keçən əraziləri tarixi baxımdan Rusiya torpaqları hesab etdiyini bildirib.
Putin, həmçinin Rusiyanı cəbhədə strateji məğlubiyyətə uğratmağın real olmadığını iddia edib. O, ruslarla ukraynalıların əslində vahid bir xalq olduğunu müdafiə edərək, Rusiyanın hərbi əməliyyat qarşısında qoyduğu bütün məqsədlərə çatacağını bildirib.
Rusiya prezidenti vurğulayıb ki, əsas məqsəd müvəqqəti atəşkəs deyil, yekun sülh sazişinə nail olmaq, bundan sonra isə həm Rusiyanın, həm də Ukraynanın təhlükəsizliyini təmin etmək və Avropanın təhlükəsizlik arxitekturasını müzakirə etməkdir.
Müəllif: Roza
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ12 Noyabr 19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var





































