Dünya
ABŞ terrorçulara 100 maşın hərbi yardım göndərdi
ABŞ Suriyadakı YPG kürd terror qruplaşmasının silahlılarına silah, sursat və hərbi texnika ilə yüklənmiş 100 ədəd yük maşını göndərib.
Publika.az xəbər verir ki, İraqdan yola düşən yük maşınları iyulun 30-da Suriyanın Haseka şəhərinə çatıb. Buradan maşın karvanının İŞİD terrorçularının nəzarətində olan Rəqqa şəhəri istiqamətində yola düşməsi planlaşdırılıb. Bəzi yük maşınlarında ABŞ istehsalı olan “Humvee” zirehli döyüş maşınlarının olduğu bildirilir.
Qeyd edək ki, mayın əvvəlində ABŞ administrasiyası Suriyada İŞİD-lə mübarizə aparan kürd silahlı qruplaşmalarının silahlandırılmasına razılıq verib.
Xatırladaq ki, YPG dəstələrinin də daxil olduğu “Suriya Demokratik Qüvvələri” adlandırılan koalisiya 2016-cı ilin noyabrın 6-dan Rəqqa şəhərinin İŞİD-dən azad edilməsi uğrunda əməliyyata başlayıb.
İyunun sonunda Pentaqon rəhbəri Ceyms Mettis Türkiyə tərəfinə YPG dəstələrinin silahlandırılmasına dair rəsmi Ankaranı mütəmadi məlumatlandıracağını və İŞİD-in məğlubiyyətindən sonra YPG-yə verilən silahların geri alınacağını vəd edib.
“Anadolu”nun məlumatına görə, ABŞ indiyədək YPG terrorçularına silah-sursatla yüklənmiş 909 yük maşını göndərib. Hərbi yardım çərçivəsində YPG silahlılarına 12 min “Kalaşnikov” avtomatı, 6 min pulemyot, 3 min ədəd “RPQ-7” və min ədəd “AT-4” tank əleyhinə qumbaraatanları tədarük edilib. (apa)
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı