Baş nazirdən Kərküklə bağlı YENİ TƏLİMAT
Bizi izləyin

Dünya

Baş nazirdən Kərküklə bağlı YENİ TƏLİMAT

İraqın Baş naziri Heydər Əl İbadi Peşmərgə qüvvələrinin çəkilməsilə Bağdadın nəzarətinə keçən Kərkük şəhərində təhlükəsizliyin təmin edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, baş nazir yerli polislərdən başqa bütün silahlı qrupların şəhərdən çıxması ilə bağlı təlimat verib.

Kərkük bölgəsində digər hər hansı silahlı birləşmələrin varlığını qadağan edən baş nazir Kərkükdəki polislərin təhlükəsizliyi və bütün dinlərdən olan vətəndaşları qorumaq potensialına sahib olduğunu bildirib.

Qeyd edək ki, daha öncə də İraq hökuməti Kərkük bölgəsində irqçilik yayan insanların ədalətə təslim edilməsi təlimatını vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm