Səudiyyə bombardman etdi – 10-larla ölü, 80-dən çox yaralı
Bizi izləyin

Dünya

Səudiyyə bombardman etdi – 10-larla ölü, 80-dən çox yaralı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya gücləri Yəmənin paytaxtı Sanada polis mərkəzini vurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aviazərbələr nəticəsində onlarla insan ölüb, 80-dən çoxu yaralanıb.

Hücum zamanı polis bölməsində 180 nəfər olub.

Qeyd edək ki, Sanaya İranın dəstəklədiyi husilər nəzarət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm