Sarkisyan istefaya göndərilir - İrəvanda XAOS
Bizi izləyin

Dünya

Sarkisyan istefaya göndərilir - İrəvanda XAOS

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan istefaya göndərilə bilər.

Publika.az
xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti şəxsi mənbələrə istinadən məlumat yayıb.

Mənbələr Serj Sarkisyanın Viqen Sarkisyana müdafiə naziri postunda özünü doğrultmadığına görə narazılıq edib.

“Respublika Partiyasının kulislərinə müdafiə naziri Viqen Sarkisyanın istefa məsələsi müzakirə olunur. Hakimiyyətin yuxarı dairələri Viqen Sarkisyanı yeni hökumətdə xarici işlər naziri postuna transfer etməyi düşünür. Müdafiə naziri postuna isə birinci müavin Artak Zakaryanın gətirilməsi gözlənilir. Digər tərəfdən, hazırki xarici işlər naziri Edvard Nalbandyan parlament üsul-idarəsində prezident postu tuta bilər”, - deyə mənbələr qeyd edir.

Qeyd edək ki, aprelin 9-dan sonra Ermənistan parlamentində seçiləcək prezidentin səlahiyyətləri məhdud olacaq. Ölkədə idarəçilik baş nazirə keçəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm