Ayağını və gözünü Qarabağda itirən kəşfiyyatçımızın Afrin çağırışı Türkiyəni HEYRƏTƏ GƏTİRDİ - VİDEO
Bizi izləyin

Dünya

Ayağını və gözünü Qarabağda itirən kəşfiyyatçımızın Afrin çağırışı Türkiyəni HEYRƏTƏ GƏTİRDİ - VİDEO

2015-ci ildə Qarabağda xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçımız, baş leytenant Kamil Müsəvi Türkiyə Silahlı Qüvvələrinin Afrindəki hərbi əməliyyatlarında iştirak edən “Mehmetçik”ə dəstək məqsədilə videomüraciət hazırlayıb.

Publika.az xəbər verir ki, Qarabağ qazisi Türkiyə uğrunda digər yarısını fəda etməyə razı olduğunu bildirib:

“Türk qardaşlarım Afrində haqq döyüşü aparır. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsirlər. Bir Azərbaycan qazisi, bir türk oğlu olaraq türk qardaşlarıma səslənirəm: ayağımı və gözümü öz doğma torpaqlarım olan Qarabağda fəda etdiyim kimi, canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram”.

Türkiyə mediasında böyük əks-səda doğuran həmin videonu təqdim edirik:

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm