Dünya
Bu ölkə məhv ediləcək - ABŞ-dan SENSASİYALI İDDİA
Ağ Evin əməkdaşlarından biri Konqresə keçiriləcək seçkilərdə administrasiyaya kömək etmək üçün Koreya Xalq Demokratik Respublikasına zərbələr endirməyi təklif edib.
Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreyanın “Hankyoreh” qəzeti yazıb.
Qəzet qeyd edir ki, belə təklifi Ağ Ev yanında Təhlükəsizlik Şurasının direktoru Metyu Pottincer səsləndirib. Nəşrin iddiasına görə, Pottincer deyib ki, Koreya Xalq Demokratik Respublikasına məhdudlaşdırılmış hərbi zərbə 2018-ci ilin noyabrında keçiriləcək aralıq seçkilərdə administrasiyaya kömək edəcək".
Lakin ABŞ prezidentinin mətbuat katibi Sara Sanders “Wall Street Journal” nəşrinin Seul bürosunun rəhbəri Conatan Çenin öz tvitter səhifəsində informasiyanı dərc etməsindən sonra iddiadan xəbər tutub. Mətbuat katibi Cənubi Koreya qəzetinin informasiyasını təkzib edib.
“Pottincer dəniz piyadaçısıdır. İki müharibədə xidmət edib və düşüncəsiz şəkildə hərbi hərəkətlərə olmağa öyrəşməyib. Mən inana bilmirəm ki, “Wall Street Journal” nəşrinin müxbiri belə məsuliyyətsiz ittihamı təkrarlamazdan əvvəl şərh haqqında xahiş etməyib”, - Sanders bildirdi.
Qeyd edək ki, ABŞ KİV-inin son aylarda yazdığına görə, administrasiya Pxenyanın raket-nüvə potensialının məhv edilməsi üçün Koreya Xalq Demokratik Respublikasına məhdudlaşdırılmış zərbənin endirilməsi imkanını öyrənir. Bir sıra ekspertlər xəbərdarlıq edirlər ki, qarşılıqlı nüvə zərbələrindən qaçmaq mümkün olsa belə, adi silahların tətbiqi Koreya yarımadasında tammiqyaslı müharibəyə keçə bilər.
Ağ Ev Koreya Xalq Demokratik Respublikasına hücum planlarını rəsmən təsdiqləmir, amma problemin hərbi həllini istisna etmir.
Ömər Dağlı
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO















.jpg)



















