Dünya
Dağlıq Qarabağa… - Putinin “gizli ordusu”nun məxfi obyekti TAPILDI - FOTO
Rusiyada jurnalistlər “Vaqner qrupu” xüsusi hərbi şirkətin düşərgəsinin yaxınlığında olublar.
Publika.az xəbər verir ki, bu haqda “Znak” yazıb.
Baza Krasnodardan 30 kilometr cənubda, M-4 “Don” yolunun üzərində, Molkino qəsəbəsinin yaxınlığında yerləşir. Jurnalistlər bazanın yaxınlığında Rusiya Müdafiə Nazirliyinin Baş qərargahı yanında Baş Kəşfiyyat İdarəsinin (QRU) 10-cu briqadasının hərbi qulluqçuları ilə danışıblar. Lakin onların bazanın ərazisinə girişinə icazə verilməyib.
Qeyd edək ki, “Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup Rusiya prezidenti Vladimir Putinin “gizli ordusu” da adlandırılır.
Qrup çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, “Vaqner qrupu” 2014-də Donbasda, sonradan isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. KİV-lər rusiyalı muzdluların Suriyada döyüşlərdə iştirakına dair dəfələrlə sübutlarla çıxış edib. Məsələn, Rusiyanın “Fontanka” nəşri “Vaqner qrupu”nun Suriyada itkilərini onun tərkibində vuruşanlara istinadən bir neçə dəfə yazıb.
2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür.
Ukrayna Təhlükəsizlik Xidməti isə ötən həftə “Vaqner qrupu” barədə audioyazı dərc edib. Audioyazıdan məlum olur ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı Suriya münaqişəsində “Vaqner qrupu”nun muzdurlarının iştirakını planlaşdırır.
Qeyd edilir ki, audioyazı rəsmi Moskvanın “Vaqner qrupu” ilə bağlılığını sübut edir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Sosial01:11Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən AÇIQLAMA - VİDEO
-
Elm və təhsil00:45Azərbaycanın ən gənc rektoru - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ideya gəlir mənbəyinə çevrilə bilər
-
MDB15 Yanvar 23:48Kadırovun oğlunun yüksək vəzifəyə təyinatı TƏSDİQLƏDİ
-
Sosial15 Yanvar 23:00Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU
-
Avto15 Yanvar 22:24Bu avtomobillər hər an alışa bilər - Ekspertdən AÇIQLAMA
-
Hadisə15 Yanvar 21:24“Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar” - VİDEO
-
Magazin115 Yanvar 21:12Dilarə Kazımovadan açıq-saçıq pozalar - FOTO









.jpg)






















