Dünya
Plastik tullantılarla bağlı tarixi QƏRAR
Dünyanın müxtəlif ölkələrinin plastik tullantılarla mübarizəsini gücləndirmək məqsədilə BMT-yə üzv olan 187 dövlətin nümayəndələri Cenevrədə ixrac olunan məhsullarla bağlı sərtləşdirilmiş qaydaları müəyyən ediblər.
BMT-nin Cenevrə bölməsində qəbul olunan pakta əsasən, gələcək ölkələr plastik tullantıların idxalından imtina edə biləcəklər. Bu pakt gələcəkdə inkişaf etmiş ölkələrdən tullantıların ixrac edildiyi inkişaf etməkdə olan ölkələr üçün yardımçı xarakter daşıyır. Bundan sonra tərkibində plastik maddələrin üstünlük təşkil etdiyi tullantıları başqa ölkələrə ixrac edərkən artıq həmin ölkə hökumətinin birmənalı razılığı əldə olunmalıdır. İndiyədək tətbiq olunan praktikada aşağı dəyərli plastik tullantılar müxtəlif ölkələrə ixrac edilir və yerli hökumət qurumlarının razılığı olmadan fərdi ərazilərdə depolaşdırılırdı.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndəsi Rolf Payetin açıqlamasına görə, pakt hüquqi icbari status daşıyır və təhlükəli tullantıların transmilli daşınması, eyni zamanda utilizasiyasına dair 1989-cu il Bazel Konvensiyasını genişləndirir. Qeyd edilib ki, hər il təxminən səkkiz milyon plastik tullantı beynəlxalq sulara buraxılır. Hazırda dünya okean və dənizlərində yüz milyon ton plastik tullantı mövcuddur.
Pakta əsasən, hər bir ölkə ixrac etdiyi plastik maddələrin tərkibini ətraflı şəkildə göstərməlidir. Yeni BMT qaydalarına əsasən, tullantının ixracı yalnız onun dəqiq çeşidlənməsi və yeni emal üçün hazır vəziyyətə gətirilməsindən sonra mümkün olacaq. Bundan başqa isə plastik tullantıları idxal edən dövlətlərə onun emalı üçün təxmini dəstək göstəriləcək. Nəhayət, paktda dünyada plastik istehsalının məhdudlaşdırıması üçün səylərin gücləndirilməsi də əksini tapır.
Ekspertlər hesab edirlər ki, bu pakt bir tərəfdən plastik materialların istehsalına, digər tərəfdən isə tərkibində plastik maddələr olan məhsulların beynəlxalq ticarəti və tullantıların ətraf mühitə vurduğu zərərin qarşısının alınmasına müsbət təsir göstərəcək.
Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri inkişaf etməkdə olan bəzi ölkələrə ucuz qiymətlərlə tullantı ixrac edir, həmin ölkələrdən tullantı depoları kimi sui-istifadə halları baş verir.(Azərtac)
-
Hadisə21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO












.jpg)





















