Dünya
Ən təhlükəli düşməni ABŞ olan ölkə Azərbaycanı ÖZÜNƏ DOST SEÇDİ
Türkiyənin Kadir Has Universiteti 2012-ci ildən bəri apardığı Türkiyə Xarici Siyasətinin İctimaiyyətdə Təəssüratı Araşdırmasını bu il tamamlayıb.
Publika.az xəbər verir ki, araşdırmaya qatılan 1000 nəfərdən Türkiyənin dostu və düşmənləri soruşulub.
Sorğu nəticəsində məlum olub ki, türklər ölkə siyasətinin ən əhəmiyyətli məsələsi kimi ABŞ-la münasibətləri görürlər. Bu fikri dəstəkləyənlər sorğuya qatılanların 20,6%-ni təşkil edir.
İkinci sırada 18,3% ilə sərhəddənkənar terrorla mübarizə, üçüncü sırada 12% ilə Suriyada vətəndaş müharibəsi, dördüncü sırada isə 10,5% ilə Suriyada PKK/YPG-nin varlığı qərarlaşıb.
Ən təhlükəli düşmən
ABŞ 2016, 2017 və 2018-ci ildə olduğu kimi 2019-cu ildə də ən böyük təhdid olaraq görülür. 2016-cı il anketinə qatılanlarrın 44,1%-i belə düşünürdüsə, 2019-cu ildə bu faiz 81,3 olub. ABŞ-ı 70,8% ilə İsrail, 65% ilə Fransa, 52,8% ilə İngiltərə izləyir. Anketə qatılanların 44,2%-i Rusiyanı, 41%-i isə Çini təhdid ünsürü hesab edir.
Ən böyük dost
Anketə qatılanların 65,3%-i Azərbaycanı Türkiyənin ən yaxın dostu qəbul edir. İkinci yerdə 61,5% ilə Türkmənistan, üçüncü yerdə isə 59,8 ilə Şimali Kipr qərarlaşıb. Araşdırmaya qatılanların 44,5%-i Azərbaycan-Türkiyə əməkdaşlığını dəstəkləyir.
Bundan başqa 70% türk düşünür ki, NATO ilə müttəfiqlik davam etdirilməlidir. 55,8% insan isə Rusiya ilə strateji əməkdaşlığı, yaxın işbirliyini dəstəkləyir.
Zümrüd
-
Rəsmi xronika03:43"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident
-
Hadisə03:40Ağsuda zəlzələ oldu
-
İqtisadi gündəm02:12Qızılın qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO
-
Sağlamlıq00:30Ac olanda niyə əsəbiləşirik? - Alimlər yeni səbəbi AÇIQLDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə deyir ki...
-
Elm və təhsil20 Yanvar 22:24Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
-
Sosial20 Yanvar 22:00Bu rayonun bəzi kəndləri QAZSIZ QALACAQ






































