Transseksual öz müştərisinə bıçaq dirədi
Bizi izləyin

Dünya

Transseksual öz müştərisinə bıçaq dirədi

Tailanda ucuz seks, əyləncə arxasınca gedən rus turisti qanqaraldıcı hadisə ilə üzləşib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aleksandr Dedenko adlı şəxs Kuta şəhərindəki “Komala İndah” otelində qalırmış. Kuta – Tailandın ən böyük kurort mərkəzlərindən biridir.

Ekzotik hislər yaşamaq istəyən Aleksandr otel nömrəsinə transseksual masajist çağırır. Masaj vaxtı bitəndən sonra rus turistin verdiyi məbləğ masajisti qane etmir. Transseksual, oteldə onu gözləyən mühafizəçisi İsmail Murzikini çağırır. Cütlük Dedenkonun boğazına bıçaq dirəyəndə o, səs-küy salır. Hadisə yerinə gələn polis transseksualı və onun mühafizəçisini həbs edir.

Yerli qanunlara görə, onları 2 il həbs cəzası gözləyir. O da xəbər verilir ki, Tailandda transseksualların öz müştərilərinə hücum etməsi tez-tez baş verir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm