Dəhşətli terror aktı: 24 nəfər ölüb
Bizi izləyin

Dünya

Dəhşətli terror aktı: 24 nəfər ölüb

Əfqanıstanın Paktika vilayətinin Arqun rayonunda dəhşətli terror aktı törədilib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bazarda minalanmış avtomobil partlayıb.

İlkin məlumatlara görə, 24 nəfər ölüb, 40-ı isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir. Partlayış nəticəsində yaxınlıqdakı bəzi binalar dağılıb. Dağıntıların altında insanların qaldığı bildirilir. Hazırda xilasetmə işləri aparılır.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm