Dünya
ABŞ geri çəkilsə, ÜST çökəcək? - Planetin gələcəyini gözləyən qarşısıalınmaz təhlükələr
ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çəkilməsi qurumun qlobal səhiyyə proqramı və fəaliyyətinə mənfi təsir göstərəcək.
Publika.az xəbər verir ki, qərar başda yeni tip koronavirus pandemiyası olmaqla, serebral iflic, malyariya, tuberskleroz və QİÇS kimi ölümcül xəstəliklərə qarşı aparılan mübarizəyə zərər vuracaq.
Qlobal səhiyyə mütəxəssisləri ABŞ-ın qərarının uşaq iflicinin planetdən kökünün qazılıb atılmasının astanasında olan dövrə təsadüf etməsinə diqqət çəkir.
Bu iddialara qarşı rəsmi Vaşinqton isə çəkilməyin COVID-19 pandemiyasındakı öhdəliklərinə təsir göstərməyəcəyini, ABŞ-ın onsuz da pandemiyaya qarşı qlobal mübarizəyə dəstək üçün 10 milyard dollar ayırdığını və ölkənin qlobal səhiyyə, humanitar yardımlardakı rolunu azaltmayacağını bildirir.
Bununla yanaşı, təşkilatın bir nömrəli maliyyə qaynağı olan ABŞ-ın qurumdan çıxması ÜST-ün qısa müddətdə maliyyə sıxıntısına girəcəyi anlamına da gəlmir. Çünki təşkilatın Baş katibi Tedros Adhanom Qebreyesus Almaniya və Fransadan dəstək istəyib, onun tələbinə müsbət cavab verilib. Bundan başqa, Çin də təşkilata dəstəyini əsirgəməyəcəyini açıqlayıb.
Qeyd edək ki, II Dünya müharibəsindən sonra, 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının nəzdində ABŞ və digər qlobal güclər tərəfindən qurulan ÜST cəmiyyətin sağlamlığı ilə bağlı beynəlxalq işlərin mərkəzi mövqeyindədir. Təşkilatın 194 üzv ölkəsi var.
Zümrüd
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var










.png)
















.jpg)
.jpg)





