Çin koronavirus peyvəndinin qiymətini və buraxılış tarixini AÇIQLADI
Bizi izləyin

Dünya

Çin koronavirus peyvəndinin qiymətini və buraxılış tarixini AÇIQLADI

Çində “SinoPharm” dövlət əczaçılıq şirkəti tərəfindən istehsal edilən yeni növ koronavirus (COVID-19) peyvəndinin ilin sonuna kimi isifadəyə təqdim ediləcəyi bildirilib.

Publika.az-ın məlumatına görə, peyvəndin qiyməti 140 dollar civarında olacaq.

“SinoPharm” şirkətinin direktoru Liu Cingkin 28 günlük fasilə ilə iki dozanın tətbiq ediləcəyini bildirib.

Şirkət direktoru böyük şəhərlərdə yaşayan işçilərin və tələbələrin peyvənd olunmasının lazım olduğunu, ancaq əhali sıx məskunlaşmayan kənd yerləri üçün belə bir tələbin olmadığını qeyd edib.

“SinoPharm” şirkətinin ildə 220 milyon doza istehsal etmək gücünə sahib olduğu bildirilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm