Dünya
Moskvaya “sədaqət” Ermənistanı ABŞ-ın sanksiyaları isə üzləşdirə bilər
ABŞ-ın Ermənistandakı səfirliyi Rusiya şirkətləri ilə əməkdaşlığın yaradacağı təhlükələr barədə İrəvana xəbərdarlıq edib.
Publika.az-ın verdiyi xəbərə görə, erməni eksperti Naira Ayrumyan ABŞ-ın Ermənistandakı səfiri Con Heffern və USAID-in erməni ofisinin rəhbəri Karin Hiliardin baş naziri Ovik Abramyanla görüşünün də məhz bu məsələ ilə bağlı olduğunu bildirib.
“Məlum olduğu kimi, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısında bir neçə Rusiya bankı, həmçinin Ermənistanla kifayət qədər sıx əməkdaşlıq edən “Rosneft” şirkəti yer alıb. Faktiki olaraq, ABŞ xəbərdarlıq edir ki, Ermənistana qarşı istənilən vaxt birbaşa sanksiyaları tətbiq edilə bilər”, - erməni eksperti qeyd edir.
Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq ABŞ-ın Ermənistana qarşı tətbiq edəcəyi sanksiyaları hiss olunacaq dərəcədə ola bilər. N.Ayrumyan ABŞ Konqresində qəbul olunan “Rusiyanın təcavüzünün qarşısının alınması haqqında Akt”ı xatırladır. Həmin sənəd Gürcüstan, Moldova və Ukraynaya, həmçinin Azərbaycana “ABŞ-ın partnyorları” statusunun verilməsi və hərbi yardımın göndərilməsini nəzərdə tutur. Həmin siyahıda Ermənistan yoxdur.
“Bunun nə demək olduğunu fərz etmək çox asandır. Hazırda Ermənistan özünü ABŞ-ın sanksiyaları altına düşməkdən qorumalıdır. “Rusiyaya sədaqətinə” görə özünü qurban vermək üçün heç bir səbəb yoxdur. ABŞ-ın sanksiyaları erməni iqtisadiyyatı və sosial strukturu qəti şəkildə öldürə bilər. Erməni hakimiyyəti həqiqətən də çətin seçim qarşısındadır. Amma bu vəziyyət seçim etmək imkanını da tədricən aradan qaldırır. Çünki həlak olmamaq üçün yalnız bir yol qalır”, - erməni eksperti vurğulayıb.
Ömər Dağlı
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu