Dünya
Beynəlxalq Ərəb Dili Günü münasibəti ilə onlayn tədbir keçirildi
Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru, Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin ərəb dili üzrə mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə xanım Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə "Beynəlxalq Ərəb Dili Günü" münasibəti ilə onlayn tədbir keçirilib.
Publika.az xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə 80-ə yaxın dinləyici iştirak edib.
Tədbirin ikinci hissəsində müxtəlif universitetlərdə ərəb dili ixtisasında ve eyni zamanda Səudiyyə Ərəbistanı mərkəzində təhsil alan tələbələr iştirak edərək ərəb dilinde xütbə, hekayə, şeir, mahnı ve Qurani-Kərimdən surələr səsləndiriblər. Tədbirdə Mərkəzin 5-9 yaşlı ən kiçik tələbələri də iştirak edərək öz ərəb dili bilikləri ilə hər kəsi təəccübləndiriblər.
Tədbirdə Misirdən və Rusiyadan olan qonaqlar da iştirak edərək öz təbrik və ürək sözlərini ifadə ediblər.
Misirdən tədbirə qoşulan tədqiqatçı alim Ahmed Abdo Tarabik, Misirin Ayn Şəms universitetinin müəllimi, Misir mədəniyyəti mərkəzinin sabiq müdiri Ahmed Sami Elaydi, Bakı Avrasiya Universiteti, Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanov, Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Mütəllim Rəhimov, Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti və Azerbaycan İlahiyyat İnstitutunun dosenti Lalə Əliquliyeva, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı Aygün Mirzəyeva, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, Bakı Avrasiya universitetinin ərəb dili müəlliməsi və Ərəbşünaslıq mərkəzinin mütəxəssisi Günay Xalıqova, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının əməkdaşı Dəmir Süleymanov və Rusiyanın Sankt Peterburq şəhərindən qoşulan Elvira Əliyeva cıxış edərək bütün ərəbşünasları Beynəlxalq ərəb dili günü münasibətilə təbrik ediblər.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





