• USD 1,7000 0,00% EUR 2,0681 0,00%
    • GBP 2,3774 0,00% RUB 0,0230 0,00%

Günlük yoluxma sayı 805 mini ötdü - ÜST

Günlük yoluxma sayı 805 mini ötdü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 805 mindən çox artıb.

Publika.az TASS-a istinadla x'b'r verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 805 444 nəfər yeni koronavirusa yoluxub, 13 036 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 137 866 311, ölənlərin isə 2 965 707 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 31 029 700 nəfər. Siyahıda daha sonra Hindistan (14 074 564), Braziliya (13 599 994), Fransa (5 069 999), Rusiya (4 675 153), Böyük Britaniya (4 378 309), İtaliya (3 809 193), İspaniya (3 387 022), Almaniya (3 073 442), Polşa (2 642 242) və Argentina (2 579 000) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
[X]
1xBet