Dünya
ÖLÜM SAÇAN İSTİLƏŞMƏ: Parazitlər beyinləri yeyəcək və... - QORXULU PROQNOZ
Qlobal istiləşmə səbəbindən istiliyi artan sularda beyin yeyən amöblər və digər bakteriyalar sürətlə çoxala bilər.
Publika.az xarici KİV-ə istinadla xəb ər verir ki, Amerika alimləri istiliyi artan göl və çay kimi şirin suların beyin yeyən “Naegleria fowleri” kimi amöblər gətirərək insanlara zərər verəcəyini bildiriblər.
Cənubi Florida Universiteti yoluxucu xəstəliklər mütəxəssisi, professor Sandra Qompf "ət yeyən bakteriya" olaraq tanınan duzlu su mikrobu “Vibrio vulnificus” və şirin sulardakı “Naegleria fowleri” kimi təhlükəli parazitlərin qlobal istiləşmə nəticəsində istilənən sularda arta biləcəyilə bağlı fikirlər səsləndirib. O, son 10 ildəki müşahidələrinə əsasən güclü sellərin bu suların yayılmasını daha da asanlaşdıracağını deyib.
Kaliforniya Universitetinin professoru Yun Şen də həddindən artıq quraqlıq yaşanan bölgələrdəki su ehtiyatlarında artma potensialı yüksək olan parazitlərin şəhərlərin su şəbəkələrinə də qarışma ehtimalının olduğunu bildirib.
Beyində infeksiyaya gətirib çıxaran və ümumiyyətlə, ölümcül olan, tək hüceyrəli “Naegleria fowleri” amöbü insan bədəninə burun yoluyla keçir. Əksərən göl, çay və kanal kimi şirin sularda olan bu bakteriya insandan insana keçmir.
Duzlu sularda yaşadığı bilinən “Vibrio vulnificus” bakteriyası isə ishal başda olmaqla qan dövranı infeksiyası və qanqrena yarada bilir.
Hüseyn
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...























.jpg)













