Dünya
Distant işin təşkili üçün əlverişli olan 10 şəhər müəyyənləşdi
Tallinn distant üsulla çalışan insanlar üçün dünyanın ən əlverişli şəhərlərindən biri seçilib.
Publika.az Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı “Nestpick” platforması apardığı araşdırmaya əsasən yayıb.
Bildirilib ki, araşdırma zamanı mütəxəssislər şəhərlərin təhlükəsizliyi, səhiyyə tədbirlərinin mövcudluğu, istirahət və mədəni asudə vaxt üçün infrastrukturun mövcudluğu, yaşayış minimumu, iş üçün keyfiyyətli şəraiti olan mənzilin əlçatımlığı, COVID-19 əleyhinə vaksin olunmuş sakinlərin payı kimi amilləri dəyərləndiriblər. Araşdırmada ümumilikdə 75 şəhər iştirak edib.
Qeyd edilib ki, Avstraliyanın Melburn şəhəri tələb olunan maksimal balı toplayıb. Melburn həm də “distant üsulla çalışanlara” xüsusi viza təqdim edən siyahıdakı yeganə ölkə olub. Bu cür viza ilə distant rejimdə çalışmaq üçün maneəsiz olaraq ölkəyə gəlmək mümkündür. Növbəti yerlərdə isə Dubay, Sidney, Tallinn, London, Tokio, Sinapur, Qlazqo, Monreal və Berlin yer alıb.
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO





























