Dünya
Koronavirusdan müdafiə üçün sprey hazırlandı
Estoniyalı professor Martin Ustav koronavirusdan qorunmaq üçün burun spreyi yaratdıqlarını bildirib.
Publika.az “Postimees”ə istinadla bildirir ki, burun üçün damcılar COVID-19-a qarşı antikorların qarışığından ibarətdir. "İscosagen" şirkətində aparılan elmi-tədqiqat işlərinə professor Ustav rəhbərlik edib.
Alimin sözlərinə görə, dərman-damcılar hazırda bütün mövcud koronavirus növlərindən qorumaq gücündədir. Buna baxmayaraq, alimlər dərmanın daha təkmil olması üçün tədqiqatlarını davam etdirirlər.
"Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştammları neytrallaşdırmağa çalışırıq",- deyə Ustav bildirib.
"BioBlock" adlandırılan dərmanın üzərində "İcosagen"in alimləri ilə bərabər "Chemi-Pharm" şirkətinin, habelə Tartu Universiteti və Estoniya Təbiət Elmləri Universitetinin mütəxəssisləri çalışıblar.
Dərmanın kütləvi istehsalı üçün icazə verilib.
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
































.jpg)

