Dünya
ÜST ELAN ETDİ: Gələcəkdə bundan istifadə olunacaq
Gələcəkdə yunan əlifbasının hərflərinin hamısından istifadə olunandan sonra koronavirusun yeni variantlarına bürclərin adları qoyulacaq.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Maria Van Kerxove deyib.
O, İngiltərə mətbuatına verdiyi müsahibədə "yəqin ki, yunan əlifbası ilə kifayətlənməyəcəyik, ancaq növbəti variantlara baxırıq", - deyə qeyd edib.
ÜST nümayəndəsi yunan əlifbasının 24 hərfinin kifayət etməməsi halında, qədim yunan tanrılarının adları olan variantın da nəzərdən keçirildiyini söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatına görə, yunan hərflərinin istifadəsi COVID-19 variantının ilk aşkarlandığı ölkələrə və ərazilərə görə ayrı-seçkiliyə səbəb ola biləcək halların qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, ÜST may ayının sonundan etibarən virusun yeni ştamlarının adlandırılmasında yunan hərflərindən istifadə edir.
Akqabay
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
































.jpg)
.jpg)

