Dünya
ÜST-dən 12 yaşa qədər uşaqların vaksinasiyası ilə bağlı AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru doktor Hans Klyuge Portuqaliyaya səfəri zamanı etiraf edib ki, 12 yaşa qədər uşaqların COVID-19 əleyhinə peyvənd edilməsi ilə bağlı qərarın verilməsi bir müddət çəkə bilər.
Publika.az xəbər verir ki, doktor Hans Klyuge hazırda bəzi klinik sınaqların aparıldığını, lakin sübutların hələ də kifayət qədər inandırıcı olmadığını qeyd edib. Doktor bu mərhələdə bütün Avropa regionunda yetkin əhalinin vaksinasiya ilə əhatə dairəsinin artırılmasının prioritet olduğunu bildirib. İkincisi, yaşlılara və immuniteti zəif olan insanlara buster dozasını tətbiq etmək lazımdır. Üçüncüsü, məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır.
ÜST-nin regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq. Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik. Hazırda pandemiyadan qurtarmaq üçün 60 milyard dozaya ehtiyac var.
Hans Klyugenin sözlərinə görə, mümkün ssenarilərdən biri COVID-19 əleyhinə vaksinin vaksinasiya planlarının bir hissəsi olması və immuniteti təmin etmək üçün ildə bir dəfə tətbiq ediləcəyindən ibarətdir. "Biz hələ bilmirik, sübutları araşdırmalıyıq, lakin bu, ən çox ehtimal olunan ssenarilərdən biridir", - deyə ÜST-nin regional direktoru vurğulayıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı