Dünya
Rusiya XİN-dən “3+3” formatı ilə bağlı AÇIQLAMA: Tərəfdaşlarla şərtləşdik ki...
2021-ci il dekabrın 10-da təşkil olunan “3+3” konsultativ regional platformanın təsis iclasını uğurlu hesab edirəm.
Publika.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu sözləri TASS agentliyinə müsahibəsində söyləyib.
Diplomat deyib: “Biz görüşün yekunlarına əsasən tərəfdaşlarla şərtləşdik ki, formatın fəaliyyətini qarşılıqlı maraq doğuran və regionda etimad tədbirlərinin gücləndirilməsinə yönəldilən məsələlər üzərində cəmləşdirək. Ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırışlara və təhdidlərə müqavimət həmin məsələlər sırasındadır”.
A.Rudenkonun sözlərinə görə, tərəflər iclasları müntəzəm əsasda ildə azı 2 dəfə keçirməyi qərara alıblar. Növbəti tədbirin keçirilməsi üçün artıq bir neçə ölkədən müraciətlər daxil olub.
“Gürcüstana gəlincə, bütün iştirakçılar onun “3+3” formatına birləşəcəyinə ümidvar olduqlarını ifadə ediblər. Tbilisi üçün qapı açıq qoyulur. Vacibdir ki, regional işlər Cənubi Qafqazın bütün ölkələrinin iştirakı ilə müzakirə olunsun”, - deyə Rusiyanın xarici işlər nazirinin müavini qeyd edib.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

