Dünya
Gülnarə Kərimovanın 131 milyon dolları Özbəkistana qaytarıldı
Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın 131 milyon dollarlıq vəsaiti ölkəyə qaytarılır.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.
“2022-ci il fevralın 11-də İsveçrə və Özbəkistan nümayəndələri danışıqların raundu keçiriblər. Hazırda təqribən 131 milyon ABŞ dolları geri qaytarılmağa hazırdır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınmada təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan məhkəmə yeni cinayət işi üzrə onun həbs müddətini 13 il 4 aya qədər artırıb.
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO

































